EN

“Baydenin uğursuzluğu amerikalıları bir araya gətirdi” – Mask


Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Co Baydenin televiziya debatındakı uğursuz çıxışının amerikalıları bir araya gətirdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında qeyd edib.
“Razıyam, uzun müddət ərzində ilk dəfədir ki, həm respublikaçıların, həm də demokratların bir şeydə razılaşdıqlarını görürəm”, - deyə Mask bir platforma istifadəçisinin yazısını şərh edərkən bildirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizədi kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden də Demokrat Partiyadan kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources