EN

Əvvəlki tariflər avtobus parkının yenilənməsinə imkan vermirdi - ŞƏRH

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimainəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşımaxidmətləri üzrə tariflər yenilənib. Müntəzəm şəhərdaxili(rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinintariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpikmüəyyən edilib.

Məsələni Trend-ə şərh edən nəqliyyat məsələləri üzrə ekspertElməddin Muradlı bildirib ki, qiymətlərin tənzimlənməsi üçünmüzakirələr bir müddət idi gedirdi.

"Bununla bağlı daşıyıcı şirkətlər müraciət etmişdi. Əsas səbəbisə pandemiya vaxtı daşıyıcı şirkətlər xeyli zərər görüblər.Hazırda şirkətlərin milyonlarla borcu var. Borclar əsasən yanacaqxərcləri ilə bağlıdı.

Bu da əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, avtobusparkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdəsaxlanmasına imkan vermirdi. Daşıyıcıların özlərininhesablamalarına görə bir sərnişinin daşınması 70 qəpiyə başa gəlir.Ötən tarif dəyişikliklərində bəzi avtobus marşrut xətlərində 50qəpik tarif müəyyənləşdirilmişdi.

Hər bir gediş avtobusun köhnəlməsi deməkdir. Ehtiyathissələrinin də qiymətləri ildən-ilə bahalaşır. Bundan başqasürücüyə əmək haqqı verilir ki, bunlar hamısı xərcdir. Əvvəlləravtobuslar "plan" a işləyirdi. İndi isə dövlət tələb edir ki,avtobus sürücüsü səkkiz saatdan artqı işləyə bilməz. Buna görədaşıyıcı şirkətlər iki növbəli iş rejiminə keçiblər. Bütün bunlarəlavə xərc tələb edir.

Xüsusilə elektrikli avtobusların alınmasıyla bağlı daşıyıcışirkətlər qarşısında məsələ qaldırırlar. Yeni avtobuslar, müasirdaşıyıcılıq anlayışları günümüzdə aktualdır. Tariflərin yenilənməsizamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülüknəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib", - deyəekspert qeyd edib.

Qeyd edək ki, cari ilə nəzərə salsaq yalnız Bakı şəhərində200-dən çox avtobus istismara verilib. Bundan başqa il ərzində 160elektrik avtobusunun sərnişinlərin xidmətinə verilməsiplanlaşdırılır.

Xidmət səviyyəsinin yüksəldilməsi, daha rahat və sürətlidaşınmanı təmin etmək məqsədilə Bakıda 21 küçə və prospektdəuzunluğu 65 km olan xüsusi avtobus zolaqları təşkil edilib.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçininyaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edənzəncirvari şəbəkənin təşkili üçün bu il daha 31 küçə və prospektiəhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkilihəyata keçiriləcək.

Bakı şəhərinin mobillik imkanlarının yaxşılaşdırılması vəictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə yenimarşrut şəbəkəsi təsdiq edilib.

Yaxın günlərdə Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrindəfəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin tətbiqinəbaşlanılacaq.

Uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraqBakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtəristiqamətlərində yeni avtobuslar istifadəyə verilib və bu prosesdavam edir.

Metro infrastrukturu və yeni stansiyaların tikilməsi üzrə işlərdavam etdirilir. Ümumilikdə 65 yeni vaqon sifariş edilib, buvaqonlardan 35 ədədinin bu ilin sonuna qədər ölkəyə gətirilməsinəzərdə tutulur.

Son bir ildə nəqliyyat sahəsinin modernləşdirilməsində nağdsızödəniş və mobil tətbiqlərin – “AYNA” informasiya sistemi,“Azparking” və “biletim.az” da daxil olmaqla bir sıra rəqəmsalhəllərin tətbiqinin xüsusi rolu olub.

Sərnişindaşıma sahəsində aparılan islahatlara nəzər salsaq, busahəyə dövlətin dəstəyi ilə metro və avtobuslarla sərnişindaşınmalarını 15%-ə yaxın artırıb.

Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatıilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklikedilməyib

İşğaldan azad edilmiş ərazilərdə inşa edilən Füzuli və Zəngilanaeroportları da hava nəqliyyatı ilə ölkədaxili yeni tariflərləvətəndaşların istifadəsi üçün açıq elan edilib.

Yeniliklərin tətbiqi “Böyük Qayıdış” çərçivəsində işğaldan azadedilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətlinəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öztöhfəsini verəcək

Məqalədə:
Chosen
4
1
az.trend.az

1Sources