EN

“Fənərbağça” hücumçu alır

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Olimpiakos”la müqaviləsi başa çatan Ayub El Kaabini heyətinə qatmaq istəyir.

Bildirilir ki, 31 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanacaq.

O, “Fənərbağça”da illik 2 milyon avro qazanacaq.

Ayub El Kabi ötən mövsüm “Olimpiakos”la Avropa Konfrans Liqasının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources