EN

Ölkənin qarğıdalı idxalına çəkdiyi xərc 3 milyon dollaradək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 18,2 milyon dollar dəyərində 57,6 min ton qarğıdalı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 2,6 milyon dollar çoxdur.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,25%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni aylarında Azərbaycan 15,5 milyon dollar dəyərində qarğıdalı idxal edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources