EN

"Səbail" növbəti mövsümə 12 futbolçu ilə hazırlaşır

Növbəti mövsümün hazırlıqlarına iyunun 27-dən başlayan "Səbail" məşqlərini davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda "dənizçilər"in düşərgəsində 12 futbolçu var. 

Onlardan 3-ü qapıçıdır. "ASCO Arena"da keçirilən məşqlərdə yalnız yerli oyunçular iştirak edir. Bu axşam komandaya legioner də qoşulacaq. Söhbət zədə səbəbindən ötən mövsümü boşa verən və artıq sağalan, müqaviləsi hələ davam edən David Qomisdən gedir. Fransalı yarımmüdafiəçi sabahdan etibarən qarşıdakı 2-3 gün ərzsində fərdi məşq edəcək. 

"Səbail" iyulun 5-də Türkiyəyə yola düşəcək. Bayıl təmsilçisi toplanışın əsas mərhələsini Ərzurumda keçəcək. Komanda qonşu ölkədəki hazırlıqlara tam heyətlə başlayacaq ki, həm müqaviləsi olan əcnəbilər, həm də yeni transferlər düşərgəyə orada qoşulacaqlar. 

Qeyd edək ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda Ərzurumda 3 yoxlama oyunu keçirəcək. “Səbail” iyulun 11-də 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Super Liqası üzvlərindən “Hatayspor”la qarışlaşacaq. Son rəqib isə "Adanaspor" olacaq və iyulun 16-da baş tutacaq. "Dənizçilər" Bakıya ayın 18-də dönəcəklər.  

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
fanat.az

1Sources