EN

İrandakı seçkilərdə sürpriz nə oldu? İkinci turun nəticələri necə olacaq?- ÖZƏL

"İranda keçirilən prezident seçkilərinin nəticələri sürpriz olmadı. Seçkilərin nəticələrinə əsasən islahatçıların namizədi Məsud Pezeşkiyanla mühafizəkarlardan Səid Cəlili seçkilərdə II tura keçdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Seçkilərin II tura qalacağı gözlənilən idi. Hər iki namizədin kifayət qədər dəstəyi var idi. İslahatçılar seçkilərə vahid namizədlə gedirdilər. Konstitusiyaya nəzarət şurası islahatçı düşərgədə yalnız Məsud Pezeşkiyanın namizədliyini qeydə aldı. Buna görə də vahid şəkildə Pezeşkiyanın ətrafında birləşdilər. Bəs, sürpriz nə oldu? 
Ölkə prezidenti İbrahim Rəisinin ölümündən sonra istər İranda, istər beynəlxalq ictimaiətdə belə bir fikir vardı ki, İranın növbəti prezidentliyi üçün ən şanslı namizəd parlamentin sədri Məhəmməd Baqer Qalibafdır. Prezident seçkilərində də Qalibafın namizədliyi qeyd alındıqdan sonra İranda bu barədə fikir tam təsdiqləndi ki, İranın prezidenti Qalibaf olacaq. Nəyin şahidi olduq? 
Qalibaf olduqca sönük seçki kompaniyası apardı. Əksinə Səid Cəlili çox aktiv şəkildə seçki kompaniyasına getdi. Bu onu göstərir ki, Ali Rəhbər öz dəstəyini Səid Cəliliyə verib. Anlaşıldı ki, mühafizəkar düşərgənin əsas namizədi Qalibaf yox, Səid Cəlilidir. Belə də oldu, ikinci tura Səid Cəlili ilə Məsud Pezeşkiyan keçdi. İkinci turun nəticələri necə olacaq?
İkinci turda əgər azərbaycanlılar yaşayan bölgədə insanları seçki prosesinə cəlb etsələr, Məsud Pezeşkiyanın qalib gəlmə şansı böyükdür. Yox, əgər seçkilər birinci turdakı kimi soyuq davam edərsə, Qalibafın, ümumilikdə mühafizəkar düşərgənin, Sepah-ın, Ali Rəhbərin dəstəyi ilə Səid Cəlilinin İranın yeni prezidenti olmaq şansı çoxdur. Nəticələr insanların seçkilərə gəlməsindən asılı olacaq. Əsas azərbaycanlılar yaşayan bölgədə islahatçılar azərbaycanlıları cəlb etsələr, Pezeşkiyanın, əks halda Cəlili qalib gələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
olaylar.az

1Sources