EN

AVRO-2024: Yamal və Uilyams tarixə düşdü

İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal Avropa çempionatları tarixində pley-off mərhələsi matçlarında ən gənc qol ötürməsi verən futbolçu olub.

Qaynarinfo bu barədə "Statsfoot"a istinadən xəbər verir.

Avropa çempionatının 1/8 final mərhələsində Gürcüstana qarşı keçirilən oyunda assist edən "Barselona"nın cinah oyunçusu bunu 16 yaş 353 günlüyündə bacarıb. Bu məhsuldar ötürmə Yamalın cari turnirdə ikinci assiti olub. Bu ona ən yaxşı qol ötürməsi edənlər siyahısına başçılıq etməyə imkan verir.
 


İspaniya millisinin yarımmüdafiəçisi Niko Uilyams isə Avropa çempionatları tarixində bir turnir oyununda 100% dəqiq ötürmə edən, qol vuran və məhsuldar ötürmə edən ilk oyunçu olub. Bu barədə "Opta" məlumat yayıb.

Oxşar statistika 1980-ci ildən bəri aparılır. "Atletik"in 21 yaşlı yarımmüdafiəçisi Gürcüstan millisi ilə 1/8 final matçında 46 dəqiq ötürmə edib və hamısı dəqiq olub.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources