EN

Cəlili bu axşam Pezeşkianla debata çıxır

İyulun 5-də İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu keçiriləcək.

İkinci tura keçən Səid Celili (İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi) və Məsud Pezeşkian (parlamentin deputatı, keçmiş səhiyyə naziri) bu gün canlı yayımda debata çıxacaqlar. 

Viral.az-ın məlumatına görə, İran qəzetlərinin bugünkü sayında iki namizədlə bağlı fərqli yazılar dərc olunub.

“Armane Emruz” qəzeti bu axşam iki namizəd arasında keçiriləcək debatla bağlı “İki fərqli düşüncə qarşı-qarşıya” adlı manşet yazısı dərc edib.

Jurnalist İrfan Büyüknejadın yazdığı məqalədə bu ifadələr yer alıb:

“Səid Cəlili və Məsud Pezeşkian ölkənin iki mühüm siyasi fiqurudur. Hər iki şəxs müxtəlif siyasi qanadlardan olduqları üçün daxili və xarici siyasətə baxışları fərqlidir. Bu axşam iki namizəd arasında incə duel baş tutacaq.Onların hərəsi İran cəmiyyətinin bir hissəsinin fikrini təmsil edir – Cəlili mühafizəkarları, Pezeşkian islahatçıları. Ona görə də bu namizədlərin ölkənin gələcəyi ilə bağlı fərqli baxışları var. Məsələn, mühafizəkar namizəd Səid Cəlili FATF-ın (Maliyyə Fəaliyyəti İşçi Qrupu) əleyhinədir. Lakin Pezeşkian vurğulayır ki, FATF-ı qəbul etməmək təzyiqlərin və beynəlxalq sanksiyaların artmasına səbəb ola bilər”. 

“Keyhan” qəzeti “Pezeşkianın seçki kampaniyasının yeganə proqramı ictimaiyyəti rəqibindən qorxutmaqdır” başlıqlı məqalə ilə çıxış edib.

“Rəqibi qorxutmaq taktikası bütün dünyada ən çox yayılmış seçki taktikalarından biridir. Məsud Pezeşkianın ölkəni idarə etmək üçün öz planı olmasa da, seçki kampaniyasını vaxtilə Həsən Ruhaninin kabinetində olmuş şəxslər həyata keçirir. Bu adamlar prezident seçkilərinin ikinci dönəmində öz rəqibini vurmağa çalışırlar.Məsələn, Qərbədn İrana tətbiq olunmuş sanksiyaların səbəbi kimi Səid Cəlili, hətta mərhum İbrahim Rəisi göstərilir”, – məqalədə deyilir.

“Şərq” qəzeti “İqtisadiyyat doktoru” başlığından istifadə edərək Məsud Pezeşkianı dəstəkləyən keçmiş iqtisadiyyat naziri Əli Tayyibniya haqqında məqalə dərc edib və onu tərifləyib.

Jurnalist Davud Haşmeti məqaləsində yazıb: “Son 10 ilin ən yaxşı iqtisadi dövrü Həsən Ruhaninin ilk prezidentliyi zamanı iqtisadiyyat naziri Əli Tayyibniyanın rəhbər olması ilə bağlı idi”.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
viral.az

1Sources