EN

Yuxuda gəzən şəxs altıncı mərtəbədən yıxılaraq ölüb- ÖZƏL

Mumbayda bir gənc binanın altıncı mərtəbəsindən yıxılaraq ölüb. Hadisə bazar günü, iyunun 30-u səhər saatlarında Mazaqaon adasında baş verib.

Olaylar.az xəbər verir ki, 19 yaşlı Mustafa İbrahim Çunavala binanın üçüncü mərtəbəsindəki podiumda huşsuz vəziyyətdə tapılıb. Polis əməkdaşları gənci xəstəxanaya aparıblar, həkimlər onun öldüyünü bildiriblər.

Çunavala somnambulizm xəstəliyindən əziyyət çəkirmiş, yəni gənc yuxuda gəzirmiş. Eyni zamanda polis hadisəni təsadüfi ölüm kimi qeydə alıb və hadisə ilə bağlı araşdırmalara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
olaylar.az

1Sources