EN

Paşinyan Aİ-yə üzvlüklə bağlı referendum keçirilməsinin mümkünlüyünü şərh edib


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendumun keçirilməsinin mümkünlüyünü şərh edib.
Yeniavaz.com
“Sputnik”ə istinadla xəbər verir ki, o, bu barədə Ermənistan Demokratiya Forumu zamanı danışıb.
Paşinyan bildirib ki, erməni xalqının bu ideyaya dəstəyini göstərəcək referendumun keçirilməsi təklifləri var:
“Avropa İttifaqı buna hazır olduğu qədər Ermənistan da Aİ-yə yaxın olmağa hazırdır. Mən düşünsəm ki, erməni xalqı bu ideyanı dəstəkləmir, mən belə bəyanat verməzdim. Yaxud xalqın dəstəkləmədiyi şəraitdə bu bəyanatı versəydim, bu bəyanatın ertəsi günü baş nazir olmazdım”.
Baş nazir deyib ki, o, Ermənistan xalqını təmsil etmək səlahiyyətinə malik bir məmur kimi onların fikrini bilir:
“İndi referendum keçirək, yoxsa?.. Bu məsələni referenduma çıxarsaq, təbliğat kampaniyası aparmalı olacağıq. Biz bunu həyata keçirəndə insanlar suallar verəcəklər - nə vaxt, necə, hansı zaman çərçivəsində, hansı addımlarla? Avropa Birliyi bunu istəyir, ya yox, Avropa İttifaqı buna hazırdırmı? Bu suallara cavab verə bilərəmmi? Yox”.
Paşinyanın fikrincə, Ermənistan Aİ ilə yaxınlaşmaq üçün siyasi iradəsini ən yüksək səviyyədə bəyan edib.
Qeyd edək ki, iyunun 21-də Ermənistan parlamentində Avropa İttifaqına üzv olmaq üçün ərizə ilə bağlı referendumun keçirilməsi barədə müzakirələr aparılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources