EN

“Şəbnəmə pis musiqiçi demək olmaz”

“Bir də görürsən ki, müğənnilərin hamısını bir sıraya düzürlər. Mən belə şeylə razı deyiləm. Şəbnəm Tovuzluya qarşı aqressiya var. Amma adam toyda elə canlı ifa edir ki... Bu gün bir çox estrada müğənnisi ona baxıb həsəd apara bilər ki, belə canlı oxuyur”.

OLAY yazır ki, bu sözləri “Zarafat bir yana” verilişində müğənni Nura Suri həmkarı Şəbnəm Tovuzlu haqqında deyib.  O bildirib ki, mahnıları zövqüncə olmasa da, Tovuzlunun yaxşı musiqiçi olduğunu düşünür:

“Mahnılarını bəyənmirəm. Amma o mənim zövqümə uyğun yaşamalı deyil. Onun zövqü başqadır, mənimki başqa. Yenə də ona pis musiqiçi demək olmaz. Bir Xalq mahnısını ifa etsə, hansısa ifaçıdan daha yaxşı oxuyacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
olay.az

1Sources