EN

“Misli” yenə Premyer Liqanın sponsoru olacaq?

Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti mövsümünün də “Misli”nin sponsorluğu ilə keçiriləcəyi dəqiqləşməyib. Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni idman mərc oyunları operatoru “Misli” arasında titul sponsorluğuna dair müqavilənin müddəti bitib.

Artıq iki dəfə bir illik müqavilə imzalayan tərəflərin yenə əməkdaşlıq edəcəyi gözlənilir. Lakin indiyədək rəsmi açıqlama yoxdur.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev bu barədə futbolinfo.az saytına danışıb: “Bəli, “Misli” brendi ilə ötən il yenilədiyimiz müqavilənin müddəti bitib. “Azərlotereya” rəsmiləri ilə görüşlərimiz, ilkin danışıqlarımız olub. Ümumi mövsüm ərzində görülmüş işlər, eləcə də anlaşma olacağı təqdirdə planlar və perspektivlər bir daha nəzərdən keçirilir. Düşünürük ki, ən yaxın zamanda yekun qərar veriləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources