EN

Bakı-Pekin münasibətləri davamlı inkişaf tempinə malikdir- ÖZƏL

"Rəsmi Bakı-Pekin münasibətləri üçün xarakterik əməkdaşlıq və dostluq mühiti Azərbaycan Respublikasının Prezident İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin tərəfindən daha da inkişaf etdirilərək strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır".

Olaylar xəbər verir ki, bunu YAP Təftiş Komssiyasının üzvü, millət vəkili Elman Nəsirov deyib: "Fundamental məsələlərdə hər iki dövlətin və onun liderlərinin mövqeyi tam üst-üstə düşür. Azərbaycan "Vahid Çin" ideyasını qəbul edir və onu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tam dəstəkləyir. ÇXR də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələlərində anoloji mövqe ortaya qoyur, haqq işimizi hər yerdə və hər zaman dəstəkləyir. Yeri gəlmişkən, onu da qeyd edək ki, hər iki dövlətin liderlər arasında şəxsi dostluq münasibətlərinin olması faktı da dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına təsir edən həlledici amillərdən biridir.
Bu gün bütün parametrlər üzrə Bakı-Pekin münasibətləri davamlı inkişaf tempinə malikdir. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Prezident İlham Əliyevin 2014-cü ildə Çində işgüzar səfərdə olması, xüsusilə  2015-ci il dekabrın 11-də ÇXR-in Sədri Si Cinpinin rəsmi dəvəti ilə bu ölkəyə dövlət səfəri etməsi ikitərəfli münasibətlərimizin tarixində yeni mərhələnin əsasını qoymuşdur. Səfər çərçivəsində imzalanmış 10 mühüm sənəd ikitərəfli münasibətlərimizin bundan sonrakı dövr inkişafı üçün yeni imkanlar pəncərəsi açmışdır. Xüsusilə də hər iki dövlətin liderləri olan cənab İlham Əliyev və cənab Si Cinpinin imzaladıqları "Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə" ikitərəfli münasibətlərimizin bütün istiqamətlər üzrə inkişafının "Yol xəritəsi" hesab oluna bilər".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
olaylar.az

1Sources