EN

Mbappedən zədəsi ilə bağlı etiraf: "Dəhşətdir"

Fransa millisinin hücumçusu Kilian Mbappe qoruyucu maska taxaraq meydana çıxmağın onun üçün nə qədər çətin olduğundan danışıb.

Qaynarinfo RMC Sport-a istinadən xəbər verir ki, 2024-cü il Avropa çempionatının ilk oyununda burnunu sındıran fransalının sözlərinə görə, maskadan imtina edə biləcəyi anı gözləyir.

"Rəqib qapıçının simasını görəndə öz-özümə dedim ki, nəsə baş verib. Evə gedəcəyimə əmin idim. Həmin zaman çox şeylər barədə düşünmürdüm. 
Maska ilə oynamaq dəhşətdir. Hər dəfə nəsə səhv getdiyi üçün maskanı dəyişdim. Çətindir, çünki bu, görməni məhdudlaşdırır, tər yığılır və onun boşalması üçün maskanı çıxarmaq lazımdır. Sanki 3D-də hazırlanıb.

Maskalara təşəkkür düşür, amma mümkün olan kimi onu çıxaracam”, - RMC Sport oyunçunun sözlərindən sitat gətirir.

Qeyd edək ki, bazar ertəsi, iyunun 1-də Fransa Avro-2024-ün 1/8 finalında Belçika ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources