EN

Neytral ölkəmizi silahla doldururlar -İlan Şor

Moldova hakimiyyətinin Avropa İttifaqına inteqrasiya istəyi ölkənin militarizasiyasına gətirib çıxarır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu fikri Moldovanın müxalifətdə olan “Qələbə” blokunun lideri İlan Şor deyib.

“Aİ Moldova üçün 9 milyon avroya qısa mənzilli zenit-raket kompleksləri alacaq. Neytral ölkəmizi silahla doldururlar. Bundan əvvəl Avropa Sülh Fondu artıq silahlı qüvvələrimizə 137 milyon avro ayırıb. Maya Sandu bu pulu necə xərcləyəcək? Avropa iqtisadiyyatına və ya kənd təsərrüfatına inteqrasiyanı gözləməyin. Yeganə real məsələ ölkəni hərbi qarışıqlığa sürükləməkdir”, - deyə Şor Telegram kanalında yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
ikisahil.az

1Sources