EN

Paşinyan Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsinə münasibət bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendumun keçirilməsini yersiz hesab edir. Lakin əmindir ki, ölkə əhalisinin Avropa istəkləri var.

“Bizə deyirlər ki, xalqın Aİ-yə üzv olmaq ideyasını dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Mən özüm də bəyan etmişəm ki, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər ona yaxın olmağa hazırdır. Əgər mən fikirləşsəm ki, Ermənistan xalqı bu fikri bölüşmür, mən belə bir bəyanatla çıxış etməzdim. Əgər biz referendum keçiririksə, o zaman kampaniya da aparmalıyıq. O zaman insanlar bizə sual verəcəklər: necə, nə vaxt, Aİ özü bunu istəyir, yoxsa yox?

İnsanlar Aİ-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Mən bu suala cavab verə bilmərəm, çünki Aİ daxilində də proseslər gedir və ən azı seçkinin nəticələri ilə bağlı suallar yaranır. Biz siyasi iradəmizi ən yüksək səviyyədə bəyan etmişik”, – deyə o, Aİ və ABŞ səfirlərinin, beynəlxalq və ictimai təşkilatların nümayəndələrinin iştirak etdikləri “Ermənistan demokratik forumu”nun iclasında qeyd edib.

Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
editor.az

1Sources