EN

Fernando Santuş tək gəlməyəcək

Canni de Byazinin gedişindən sonra ötən ildən bəri boş qalan milli komandanın baş məşqçi postuna Fernando Santuşun təyin olunmasından xəbərdarsız.

Bilindiyi kimi, Portuqaliyanı AÇ-2016-nın qalibi edən portuqaliyalı mütəxəssis bu ayın əvvəlində AFFA İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasında Azərbaycan yığmasının yeni baş məşqçisi təyin edildi. Daha sonra isə 69 yaşlı çalışdırıcı ictimaiyyətə təqim olundu. Santuş burdaolduğu müddətdən səmərəli istifadə edib, ölkəmizdə olan stadionları, bazaları və bir sıra önəmli yerləri ziyarət etdi, infrastrukturla tanış oldu. Daha sonra vətəninə qayıdan təcrübəli çalışdırıcının bir müddət sonra Azərbaycana dönəcəyi deyilmişdi. Görəsən, Santuş ölkəmizə nə vaxt qayıdacaq? Həmçinin, o, bura bütün köməkçi məşqçi heyətiylə birgə qayıdacaq, yoxsa tək? AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli sualları belə cavabladı:

“Santuş iyulun 2-də Azərbaycana gələcək. Hələ ki bir köməkçisiylə gələcək. Digərləri də ayın sonunda burda olacaqlar”.

Xatırlayırsızsa, noyabrda Bakıda keçiriləcək mötəbər COP-29 konfransı ilə bağlı millimizin Estoniya yığmasıyla Millətlər Liqasında keçirəcəyi ev oyunun məkanının dəyişdirilə biləcəyi barədə xəbərlər gəzirdi. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev COP-29 irimiqyaslı tədbir olduğu üçün sözügedən görüşün Bakıda keçirilməsinin qeyri-mümkün olduğunu bildirmişdi. Bəs bu məsələylə bağlı alternativ variant müəyyənləşdimi? Elnur bəy sorğumuza belə cavab verdi:

“Bu barədə müvafiq dövlət qurumları, eləcə də UEFA ilə danışıqlar davam edir. Məsələ rəsmiləşən kimi ictimaiyyətə məlumat veriləcək”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources