EN

Türkiyədə iki avtomobil toqquşdu - 8 nəfər xəsarət aldı

Türkiyənin Diyarbəkir əyalətində 2 avtomobil toqquşub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən qəzada 5-i ağır olmaqla 8 nəfər yaralanıb.
 
Xəbər üzərinə bölgəyə təcili yardım və polis qrupları sövq edilib.
 
Yaralılar təcili yardım qruplarının göstərdiyi ilkin tibbi yardımdan sonra şəhərdəki xəstəxanalara aparılıb.
 
Nəzarətə alınan yaralılardan 5-nin həyati təhlükəsi olduğu öyrənilib. 
 
Hadisə ilə bağlı istintaq başladılıb.
 
Oksana
Chosen
91
4
azxeber.com

10Sources