![Putin](https://azertag.az/files/2024/2/1200x630/17197909972193760472_1200x630.jpg)
Bakı, 1 iyul, AZƏRTAC
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko iyulun 3-4-də Astanada keçirilməsi planlaşdırılan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskə səfəri zamanı “Belarus-1” telekanalına bildirib.