EN

İspaniya millisinin baş məşqçisi: Futbolçularımdan hücum üçün doğru anları axtarmalarını istədim

Futbolçularımdan hücum üçün doğru anları axtarmalarını istədim.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki. bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsində qarşılaşdıqları Gürcüstanla oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis futbolçulara narahatlıqlarını ağıllarından çıxarmalarını tapşırdıqlarını söyləyib: "Fasilədə mesajım ilk hissədə dediyim sözlər idi. Sakitlik, narahatlıq, stressli qərarlar olmamalıdır. Qol vurmayanda narahatlığın artığını gördüm. Hansı ki bu gərginliyə səbəb ola bilərdi. Ona görə də narahatlıqları ağıllarından çıxarmalarını istədim".

Qeyd edək ki, İspaniya - Gürcüstan matçında birincilər 4:1 hesablı qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
2
report.az

3Sources