EN

Qaret Sautqeyt İngiltərənin Slovakiya üzərində qələbəsini şərh edib

AVRO-2024-ün 1/8 finalında ingilislər əlavə vaxtda Slovakiyaya 2:1 (əsas vaxtda 1:1) hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt komandanın 1/4 finala qədər irəliləyişindən danışıb. “Oyunçularla və bu gün göstərdikləri xarakterlə fəxr edirəm. Meydana çıxan bütün uşaqlar öz rolunu oynadılar və bu maneəni dəf etməyimizə kömək etdilər. Bu oyunçular bu gün olduğu kimi həmişə bir-birini dəstəkləyir, bir-birlərinə kömək edirdilər və bu da öz nəticəsini verdi. Sona qədər məndə belə bir hiss var idi ki, matçın nəticəsi hələ həll edilməyib. Bilirəm ki, indi bu, gülməli səslənir, amma biz təzyiq edirdik”. Qeyd edək ki, İngilislər AVRO-2024-ün 1/4 finalında iyulun 6-da İsveçrə ilə qarşılaşacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
matc.az

1Sources