EN

AÇ-2024: İspaniya millisi 4 qolla 1/4 finalda!

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, pley-offun ikinci oyun gününün sonuncu qarşılaşması Köln şəhərində baş tutub.

Avropa çempionatının əsas favoritlərindən sayılan İspaniya yığması yarışın sürpriz komandalarından olan Gürcüstan millisi ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı qonşu ölkə təmsilçisi açıb. Amma qalan dəqiqələrdə 4 qol vurmağı bacaran ispanlar yekunda əzmkar qələbəyə – darmadağına seviniblər.

Xatırladaq ki, daha öncə İsveçrə, Almaniya və İngiltərə yığmaları 1/4 finala vəsiqəni təmin etmişdilər.

AÇ-2024
1/8 final
29 iyun

İspaniya – Gürcüstan 4:1
Qollar: Rodri, 39. Fabian Ruis, 51. Niko Uilyams, 75. Dani Olmo, 83 – Robin le Normand, 18-öz qapısına.
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln. “Reyn Energi” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
arena.az

1Sources