EN

İsrail ordusu "Hizbullah"ın obyektlərinə hava zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələri son saatlarda Livanın cənubundakı "Hizbullah" təşkilatının obyektlərinə bir sıra yeni zərbələr endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, vurulmuş hədəflər arasında Markaba yaşayış məntəqəsi ərazisindəki "Hizbullah" dəstələrinin müşahidə postu var.

Qeyd edilib ki, bundan əlavə, İsrail artilleriyası Livanın cənubundakı bir neçə bölgəni də atəşə tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources