EN

Makron yenə çətin vəziyyətə düşdü

Fransada keçirilən parlament seçkilərinin ilk turunda radikal sağçı Millətçi Cəbhə Partiyası 34 faizlə birinci olub.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu vəziyyət Fransa prezidenti Makronu çətin vəziyyətə salıb.

İyulun 7-də keçiriləcək ikinci turdan sonra Makron ifrat sağçı baş nazir təyin etməli ola bilər.

Avropa Parlamenti seçkilərində ağır məğlubiyyət alan Fransa prezidenti Emmanuel Makronun parlamenti yeniləmək qərarından sonra parlament seçkilərinin ilk turu keçirilib. Makronun partiyası Liberal İntibah 2022-ci il seçkiləri ilə müqayisədə 6 baldan çox səs itirərək 21 faizlə üçüncü yerə düşüb.

Sol ittifaq 29 faiz səs aldığı halda, Le Penin partiyası olan ifrat sağçı Milliyyətçi Cəbhə (RN) səslərini yenidən artıraraq 34 faizlə birinci partiya olub. Marin Le Penin baş nazir təyin ediləcəyi gözlənilir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
teleqraf.com

1Sources