EN

İzmirdə dəhşətli partlayış: 5 nəfər ölüb, 63 nəfər yaralanıb, bir nəfər tutulub - FOTO

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda restoranda qaz balonu partlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 63 nəfər isə müxtəlif bədən xasərətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Partlayışdan sonra başlayan yanğın söndürülüb: "Polislər partlayışın baş verdiyi restoranın qarşısında geniş təhlükəsizlik tədbirləri alıb. Partlayış ətrafdakı bəzi binalara da ziyan vurub. 1 şübhəli saxlanılıb. Torbalı Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində H.C adlı şəxsin dünən həmin qaz balonunu dəyişdirdiyi müəyyən edilib. Artıq onun barəsində həbs-qətimkan tədbiri seçilib". 

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
mia.az

1Sources