EN

Kurska PUA hücumu: 17-si vuruldu...

Kursk vilayətində atıcı silah və elektron döyüş texnikası vasitəsilə 24 saat ərzində 17 PUA məhv edilərək zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov Teleqram kanalında məlumat verib.

"Gün ərzində sərhəd bölgələrində atıcı silahlar və elektron döyüş texnikasından istifadə edilməklə 17 Ukrayna PUA-sı məhv edilib və zərərsizləşdirilib", - o bildirib.

Smirnov vurğulayıb ki, bütün müraciət edənlər təcili tibbi yardım briqadaları tərəfindən müayinə olunub, hər kəsə lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri ötən gecə rayonun Timski rayonunun Qniloye kəndində 15 PUA-nı məhv edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
axar.az

1Sources