Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində "Tır" yük avtomobilində baş verən yanğın söndürülüb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, sözügedən ərazidə yol qismən açılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
22:39
Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar ərazisində yanğın baş verib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, ilkin olaraq magistraldakı yanğının yük avtomobilində (“Tır”) baş verdiyi deyilir.
Hazırda yanğından mühafizə bölməsinin əməkdaşları yanğına qarşı mübarizə aparırlar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: AZƏRTAC