Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar ərazisində yanğın baş verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin olaraq magistraldakı yanğının yük avtomobilində (“Tır”) baş verdiyi deyilir.Hazırda yanğından mühafizə bölməsinin əməkdaşları yanğına qarşı mübarizə aparırlar.
Faktla bağlı araşdırma aparılır.