EN

“Finalda oynatdığımız futbolçuların çoxunun bu turnirdə oynamasına icazə yoxdu”

Ölkəmizi UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” dünən ilkin mərhələnin B qrupunda ilk oyuna çıxıb.

Xatırladaq ki, qrup mərhələsinin qarşılaşmaları Gürcüstanda keçirilir. təşkil olunacaq. Kutaisidə Gürcüstan klubu “Football School Bridge” ilə qarşılaşan xaçmazlılar darmadağın olub - 0:5. “Şimal” iyulun 1-də İsveç “Qothenburq”u ilə qarşılaşacaq. Dünənki darmadağınla bağlı fikirlərini öyrənmək üçün komandanın baş məşqçisi Tural Cəlilovla əlaqə saxladıq:
"Oyuna, demək olar ki, hazırlaşmamışdıq. Finalda oynatdığımız futbolçuların çoxunun bu turnirdə oynamasına icazə yoxdu. Çünki keçmişdə peşəkar futbolçu olublar. Bura öz zonamızdan yeni komanda yığaraq gəlmişik. Heç məşq etməyə şəraitimiz də olmayıb. Meydançamız yoxdu, uşaqlar hərəsi bir yerdə işləyir deyə, alınmadı. Gürcüstan komandası da çox güclüdü. Daim məşq edirlər. Bu da baxan kimi hiss olunur. Çox yaxşı komandaya uduzduq. Əsas hədəfimiz ikinci liqaya hazırlaşmaqdı. Məncə, belə şəraitlə yaxşı işlər görmüşük. İkinci liqada bacardığımız qədər intizamlı olmağa çalışacıq. Stadionumuz yoxdu, maddiyyat tam o səviyyədə deyil. Bütün bunlara baxmayaraq, əlimizdən gələni edəcəyik. Meydançamız qurulana qədər bir-iki il çətinliklərimiz olacaq. Buna da zaman lazımdı. İkinci liqada bacardığımız qədər ortalarda yerləşib, sabitliyi qoruyacağıq. İnşallah, növbəti illərdə hər şey yaxşı olar".

GÜNAY SÜLEYMANOVA 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources