Fransa Daxili İşlər Nazirliyi növbədənkənar parlament seçkilərinin ilk nəticələrini dərc edib. Nnəticələr ifrat sağçıların triumfudur.
Milli.Az xəbər verir ki, Marin Le Penin "Milli Vəhdət"i 32,2% səslə birinci, solçuların "Yeni Xalq Cəbhəsi" 29,1% səslə 2-ci, Emmanuel Makronun "Birlikdə!" koalisiyası isə 21,5% səslə yalnız üçüncü yerdədir.
Bu, yalnız ilkin məlumatlar olsa da, akronun partiyasının bütün Fransa üzrə, acınacaqlı şəkildə uduzduğu artıq faktdır.
Nəticələr Emmanuel Makronun siyasi iktidarsızlığının ən yaxşı sübutudur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun