EN

"Aİ 92"i nə qədər bahalaşıb? - YENİ QİYMƏT

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında "Aİ-92" markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.Bu barədə Mediaxeberleri.Az-a Tarif Şurasından məlumat verilib.Bildirilib ki, "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

10Sources