EN

Rövşən Hüseynli “Astana” ilə müqavilə bağladı

Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli daha bir il Qazaxıstanda forma geyinəcək.

Arena.az xəbər verir ki, azərbaycanlı qolkiper bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

32 yaşlı qolkiper Qazaxıstanın “Astana” klubu ilə anlaşıb. O, sözügedən klubla 1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Rövşən Hüseynli buna qədər Qazaxıstanın digər klubu “Atırau”da forma geyinirdi. O, 2022-ci ilin oktyabr ayından sözügedən klubun uğurları üçün çalışırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
arena.az

1Sources