EN

"Əhəmiyyətsiz" heç-heçə - REPORTAJ

D qrupu
N 30. Fransa – Polşa 1:1 (0:0)

16. Mayk Menyan
22. Teo Ernandes
17. Vilyam Saliba
4. Dayo Upamekano
5. Jül Kunde
14. Adrien Rabyo
(6. Eduardo Kamavinqa, 61)
8. Orelyen Çuameni
(19. Yussuf Fofana, 81)
13. Nqolo Kante
(7. Antuan Qrizmann, 61)
25. Bredli Barkola
(9. Olivye Jiru, 61)
10. Kilian Mbappe (k)
11. Usman Dembele
(12. Randal Kolo Muani, 86)
Ehtiyat oyunçular
1. Bris Samba
23. Alfons Areola
2. Benjamen Pavar
3. Ferlan Mendi
15. Markus Türam
18. Uorren Zair-Emeri
20. Kinqsli Koman
21. Jonatan Kloss
24. İbrahima Konate
Baş məşqçi: Didye Deşam

12. Lukaş Skorupski
21. Nikola Zalevski
(25. Mixal Skuras, 68)
14. Yakub Kivyor
3. Pavel Davidoviç
5. Yan Bednarek
19. Pşemislav Frankovski
10. Pyotr Zyelinski
8. Yakub Moder
20. Sebastyan Şimanski
(7. Karol Sviderski, 68)
9. Robert Levandovski (k)
26. Kasper Urbanski
Ehtiyat oyunçular
1. Voytsex Şçensnı
22. Martsin Bulka
2. Bartoş Salamon
4. Sebastyan Valyukeviç
6. Yakub Petrovski
11. Kamil Qrositski
13. Taras Romançuk
15. Timoteş Puxaç
16. Adam Buksa
17. Damian Şimanski
18. Bartoş Bereşinski, 86)
23. Kşiştof Pyontek
24. Bartoş Sliş
Baş məşqçi: Mixal Probej
Qollar: K.Mbappe, 56-p. (1:0). R.Levandovski, 79-p. (1:1).
Vərəqələr: N.Zalevski, 24. A.Rabyo, 43. P.Davidoviç, 89. K.Sviderski, 90+2 - sarı.
Hakimlər: MARKO QUİDA, Filippo Meli, Corco Peretti (hamısı İtaliya).
VAR hakimləri: Massimiliano İrrati (İtaliya), Ketelin Popa (Rumıniya), Tyaqo Martinş (Portuqaliya).
25 iyun. Dortmund. “Siqnal İduna Park” stadionu. 59728 tamaşaçı (62000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Lukaş Skorupski.

oyunun statistikası
19 (8) qapıya (“çərçivə”yə) zərbə 10 (3)
12 qayda pozuntusu 15
11 künc zərbəsi 3
1 ofsayd 0
1 (0) sarı (qırmızı) vərəqə 3 (0)
56 topa sahibolma (faizlə) 44
552 (495) ötürmə (dəqiq) 413 (356)
107 məsafə (km) 112,2

İlk iki oyunda Niderlanda (1:2) və Avstriyaya (1:3) uduzan Polşa üçün Fransa ilə matç turnir hesabları baxımından əhəmiyyət daşımırdı. Ona görə ki, “panlar” qitə çempionatında mübarizəni dayandıran ilk komanda olmuşdu. Deməli, onlar qrupdakı son oyunda, necə deyərlər, bu turnirin qapısını bərk çırpmağa, fransızlar isə qrupu lider kimi başa vurmaq üçün uğurlu nəticə qazanmağa çalışacaqdılar.

Probej əvvəlki iki matçla müqayisədə heyətdə az-çox dəyişiklik etməyi lazım bilmişdi. Almaniyaya zədəli gələn Levandovskinin ilk dəfə start heyətində meydana çıxdığını, Avstriya ilə oyunda (1:0) burnundan xəsarət aldığı üçün Niderlanda (0:0) qarşı oynaya bilməyən Mbappenin də iş başında olduğunu qeyd edək. Maraqlıdı ki, Dortmundda keçirilən matçın nəticəsini məhz kapitanlar müəyyənləşdirdi. Özü də hər ikisi penaltini dəqiq yerinə yetirdi.

Favorit sayılan Fransanın oyunu statusuna o qədər də yaraşmadı. Doğrudu, Deşamın komandası statistik göstəricilər üzrə rəqibdən üstün oldu. Lakin “üçrənglilər” ilk hissədə bundan yararlana bilmədilər. Bunun əsas səbəbkarı isə üç inanılmaz seyv edən qapıçı Skorupski oldu. O, hətta bir epizodda topun qarşısını sinəsi ilə aldı. Amma Lukaş fasilədən sonra topu tordan çıxarmalı oldu: Kivyor Dembeleyə qarşı kobud oynadı, Mbappe isə penalti zərbəsi ilə komandasını önə keçirdi. Fransa yığmasının oyunçusunun cari turnirdə ilk dəfə qapıya yol tapa bildiyini qeyd edək. Xatırladaq ki, ilk turun Avstriya ilə oyununda rəqib müdafiəçi Veberin avtoqolu fransızlara qələbə gətirmişdi. Amma Deşamın komandası qələbə hesabını qoruya bilmədi. 79-cu dəqiqədə Upamekanonun Sviderskiyə qarşı hərəkətinə görə təyin olunan penaltini Levandovski dəqiq yerinə yetirdi. Polşa çox da zəif komanda olmadığını göstərdi, Fransa isə növbəti dəfə iki xal itirərək qrupu 2-ci yerdə başa vurmalı oldu.

1. Avstriya 3 2 0 1 6-4 6
2. Fransa 3 1 2 0 2-1 5
3. Niderland 3 1 1 1 4-4 4
4. Polşa 3 0 1 2 3-6 1

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources