Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Almatı yaxınlığında dağlara çıxan, lakin özbaşına enə bilməyən 7 yeniyetməni xilas ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Xilasetmə əməliyyatı Kumbel zirvəsində baş verib.
Bildirilir ki, 13-17 yaş arası gənclər zirvəni fəth etmək istəyiblər.
Yeniyetmələr artıq özbaşına enə bilməyiblər, onlara kömək etmək üçün xilasedici dəstə göndərilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”