EN

Kumbel zirvəsində əməliyyat -İtkin düşmüş 7 yeniyetmə xilas edilib

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Almatı yaxınlığında dağlara çıxan, lakin özbaşına enə bilməyən 7 yeniyetməni xilas ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Xilasetmə əməliyyatı Kumbel zirvəsində baş verib.

Bildirilir ki, 13-17 yaş arası gənclər zirvəni fəth etmək istəyiblər.

Yeniyetmələr artıq özbaşına enə bilməyiblər, onlara kömək etmək üçün xilasedici dəstə göndərilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
ikisahil.az

1Sources