EN

Ukrayna Rumıniyaya məğlubiyyətə qurban getdi - REPORTAJ

E qrupu
N 34. Ukrayna – Belçika 0:0
12. Anatoli Trubin
16. Vitali Mikolenko
(17. Aleksandr Zinçenko, 58)
22. Nikolay Matviyenko
3. Aleksandr Svatok
(7. Andrey Yarmolenko, 81)
13.  İlya Zabarnı
24. Aleksandr Tımçik
14. Georgi Sudakov
18. Vladimir Brajko
(6. Taras Stepanenko, 70)
19. Nikolay Şaparenko
(8. Ruslan Malinovski, 70)
11. Artyom Dovbik
9. Roman Yaremçuk
(25. Vladislav Vanat, 70)
Ehtiyat oyunçular
1. Georgi Buşan
23. Andrey Lunin
2. Yefim Konoplya
4. Maksim Taloverov
21. Valeri Bondar
26. Boqdan Mixayliçenko
5. Sergey Sidorçuk
20. Aleksandr Zubkov
Baş məşqçi: Sergey Rebrov
1. Koen Kastels
5. Yan Vertongen
3. Artur Teate
4. Vout Fes
21. Timoti Kastan
8. Yuri Tilemans
(11. Yannik Karrasko, 62)
24. Amadu Onana
7. Kevin de Bruyne (k)
22. Jeremi Dokyu
(19. Yohan Bakayoko, 77)
10. Romelu Lukaku
(20. Loi Openda, 90)
9. Leandro Trossar
(18. Orel Manqalya, 62)
Ehtiyat oyunçular
12. Tomas Kaminski
13. Mats Zels
2. Zeno Debast
25. Maksim De Kuyper
16. Aster Franks
17. Şarl De Ketelare
23. Artur Vermeren
Baş məşqçi: Domeniko Tedesko
Vərəqələr: V.Fes, 43. A.Dovbik, 69 – sarı.
Hakimlər: ENTONİ TEYLOR, Qeri Besuik, Adam Nann (hamısı İngiltərə).
VAR hakimləri: Stüart Attuell, Devid Kut (hər ikisi İngiltərə), Marko Frits (Almaniya).
26 iyun. Ştutqart. “MHP Arena” stadionu. 54000 tamaşaçı (60058 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Kevin de Bruyne.
oyunun statistikası
14 (5) qapıya (“çərçivə”yə) zərbə 12 (4)
9 qayda pozuntusu 8
3 künc zərbəsi 7
2 ofsayd 0
1 (0) sarı (qırmızı) vərəqə 1 (0)
43 topa sahibolma (faizlə) 57
379 (326) ötürmə (dəqiq) 560 (498)
115,6 məsafə (km) 109,1

Ştutqartdakı oyunun ilk yarısı təhlükəli vəziyyətlər baxımından kasad alındı. Bununla belə, Belçika ilə Ukraynanın tarixdəki ilk qarşılaşmasının sönük keçdiyini demək olmaz. Oyunun əvvəlində Lukaku AÇ-2024-də qol hesabını açmaq imkanını əldən verdi. Ukraynalılar da zaman-zaman Kastelsin qoruduğu qapıya yaxınlaşırdı. Onlar ilk yarıdakı ən təhlükəli vəziyyəti fasilə ərəfəsində yaratdı. Həmin epizodda Dovbilə Yaremçukun asmasını tamamlamaq üçün azca dəqiqlik çatmadı.

2-ci hissə əsasən belçikalıların üstünlüyü şəraitində keçdi, düzdü, onlar hadisələri qabaqlamağa can atmırdı. Dokyunun keçidləri ciddi təhlükə yaratmırdı, De Bruynenin təhlükəli ara ötürmələrinin sayı az idi. Ukrayna yığması yalnız sona 20 dəqiqə qalmış – Rebrovun üçlü əvəzetməsindən sonra ayıldı. Sonda açıq oyun getdi, komandaların hər biri fərqlənə bilərdi. Trubin iki dəfə Karraskonun zərbəsindən sonra komandasını xilas etdi. “Sarı-göylər” isə zəruri 3 xalı Malinovskinin “quru yarpaq” zərbəsi sayəsində qopara bilərdi. İki heç-heçədən sonra E qrupundakı komandalar öz yerində qaldı. 2-ci yeri tutan Belçika pley-offda Fransa ilə qarşılaşacaq, Ukrayna isə faktiki startda Rumıniya önündə darmadağına qurban getdi.

Reaksiyalar
Domeniko Tedesko:
“Bu gün uduzmayacağımızı bilirdik. Komandamla qürur duyuram, sonda təzyiqə yaxşı tab gətirdik, bir qol buraxsaydıq, mübarizəni dayandıracaqdıq. Bu qrup çoxlarının düşündüyündən daha çətin alındı. Kağız üzərində favorit ola bilərsiz, ancaq hər şey yaşıl meydanda həll olunur. Bu komandalardan heç birinin itirəcəyi nəsə yox idi”.


Sergey Rebrov:
“Belçika ilə oyuna görə uşaqlara təşəkkür etdim, ancaq dedim ki, Rumıniya ilə uğursuz oyun üzündən mübarizəni dayandırdıq. Oyunçularımı gördük – heç bir emosiya yoxdu. Gənc yığmamız var, bu komandanın perspektivi irəlidədi. Bu günün ağrısını yaşamaq və daha çox çalışmaq lazımdı. Slovakiya ilə oyundakı reaksiyamızdan razıyam. Belçikanı udmaq istəyirdik və uda bilərdik, yetərincə yaxşı imkanlarımız oldu”.


Fakt
Ukrayna yığması tarixində ilk dəfə Avropa çempionatının oyununda qol buraxmadı. “Sarı-göylər” əvvəlki 13 oyunun hər birində qapısında qol görmüşdü: 6 dəfə Pyatov, 5 dəfə Buşan, hərəyə 1 dəfə Luninlə Trubin məyus olmuşdu. Nəhayət, sonuncu bu arzuolunmaz seriyanı qırdı. Ukrayna yığması tarixə həm də 4 xalla qrupda sonuncu yeri tutan 3-cü komanda kimi düşdü. Əvvəllər Norveç DÇ-94-də, Toqo isə Afrika Kubokunda (2000) belə bəxtsizlik yaşayıb.
1. Rumıniya 3 1 1 1 4-3 4
2. Belçika 3 1 1 1 2-1 4
3. Slovakiya 3 1 1 1 3-3 4
4. Ukrayna 3 1 1 1 2-4 4
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources