EN

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Qazaxıstanın

Astana, 30 iyul, AZƏRTAC

Mangistau vilayətinin mərkəzi olan Aktau şəhərində kiçik Atom Elektrik Stansiyası (AES) inşa edilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Nüvə Cəmiyyəti Assosiasiyasının sədri İrina Tacibayeva bildirib.

Tacibayeva yaxın illərdə gözlənilən enerji çatışmazlığını azaltmaq üçün böyük stansiyanın tikilməsinin vacib olduğunu vurğulayıb.

"Əgər biz öyrənmək istəyiriksə, kiçik stansiyalardan başlamaq olar. Məsələn, Qazaxıstanın qərbində kiçik stansiyalar işə sala bilərik", - deyə o vurğulayıb.

Qeyd edək ki, 1973-cü ildə Şevçenko (indiki Aktau) şəhərində quraşdırılmış, elektrik gücü 175 MV olan "BN-350" reaktoru işə salınıb. Həmin reaktor 1999-cu ilə qədər fəaliyyət göstərib.

Bu reaktor vasitəsilə elektrik enerjisi istehsal edilib, buxar yaradılıb və Xəzər dənizinin suyu şirinləşdirilib. Hazırda reaktorun istismardan çıxarılması prosesi davam edir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
7
azertag.az

9Sources