Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.
Medianews.az xəbər verir ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Qərar 1 iyul 2024-cü ildən qüvvəyə minir.
20:16
Aİ-95 markalı benzinin qiymətində kəskin ucuzlaşma olacağı gözlənilir.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, telegram kanallarının məlumatına görə, ucuzlaşma sabahdan olacaq.
Hazırda Aİ-95 markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir.
Qeyd edək ki, Aİ-95 markalı benzin xaricdən idxal olunur, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.
Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb.