EN

Hizbullah İsrailin şimalında zirehli qüvvələrin bazasına hücum edib

Hizbullah İsrailin şimalında zirehli bazaya hücum etmək üçün İHA-dan istifadə edib.

Bu barədə TASS hərbiləşdirilmiş qrupun bəyanatına istinadən yazır.

İDF-nin Revai bölgəsində yerləşən 188-ci Zirehli Briqadası hücuma məruz qalıb.

“Hizbullah” nümayəndələri bildiriblər ki, “Tank batalyonlarının komanda məntəqəsi və kazarmaları vurulub”.

Bazada yanğın olub.

İsrail ordusu itki verib. Ölən və yaralananların sayı barədə məlumat verilmir.

Bundan əvvəl İDF Livandan bir neçə şübhəli cihazın buraxılmasını qeydə alıb.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
dogru.az

1Sources