Tanınmış avtomobil təlimçisi Arzu Babazadə qəzaya düşüb. Hadisə iyunun 30-da Saray postunu keçəndən sonra baş verib. Bu barədə xanım təlimçinin özü Avtosfer.az-a bildirib.
Onun sözlərinə görə, 99-PT-928 qeydiyyat nömrə nişanlı avtomobili ilə park vəziyyətində dayandığı zaman, hərəkətdə olan 10-SH-253 qeydiyyat nömrə nişanlı maşın ona arxadan çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.