EN

Antalyada meşə yanğınları başladı

Türkiyənin Antalya şəhərində otellərin yerləşdiyi Lara rayonunda meşə yanğınları başlayıb.

Axar.az xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin sədri Muhiddin Böcek məlumat verib.

“Lara rayonundakı yanğınlarla həm havadan, həm də qurudan mübarizə aparırıq”, - bələdiyyə sədri bildirib.

Onun sözlərinə görə, hazırda Antalyada havanın temperaturu 37 dərəcə təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
4
axar.az

5Sources