EN

İtaliya Futbol Federasiyasının rəhbəri Spalettinin millidə qalacağını dedi

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina millinin baş məşqçisi Luçano Spalettinin komanda ilə işləməyə davam edəcəyini bildirib. İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina millinin baş məşqçisi Luçano Spalettinin komanda ilə işləməyə davam edəcəyini bildirib. Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Nikolo Skira X sosial şəbəkəsində paylaşıb. “Biz Spallettiyə tam güvənirik, onunla birlikdə irəliləyəcəyik. Bizim heyətimizdə əvvəllər heç vaxt millidə çıxış etməyən uşaqlarla Avropa çempionatını qazanmağa ümid etməyə haqqımız yox idi. Biz 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının qalibi olduq, lakin bu uşaqlardan heç biri indiyədək ölkənin əsas komandasında çıxış etməmişdi”. Xatırladaq ki, Spaletti 2023-cü ilin avqustunda İtaliya millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında italyanlar AVRO-2024-ə yüksəlib. Turnirdə komanda İspaniya, Xorvatiya və Albaniya ilə birlikdə B qrupunda yer alıb. Üç turdan sonra İtaliya dörd xal toplayaraq B qrupunun turnir cədvəlində ikinci yeri tutub. AVRO-2024-ün 1/8 finalında italyanlar İsveçrə komandasına uduzaraq (0:2) turniri tərk ediblər.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
matc.az

1Sources