EN

İzmirdə mağazada partlayış: 4 ölü, 20 yaralı

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda un məmulatları mağazasında partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Partlayışa səbəbin qaz sızması olduğu güman edilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Chosen
88
1
buta.tv

2Sources