EN

“Neftçi” Cemal Bülbüllə yolları ayırdı? – klubdan reaksiya

“Neftçi” son günlərdə klub idarəçiliyində mühüm təyinatlarla diqqəti çəkir.

Bilindiyi kimi, Cenk Sümerin klubun icraçı direktor təyin edilməsinin ardından Roman Qriqorçuk baş məşqçi postuna gətirildi. Artıq “ağ-qaralar”ın akademiyaya rəhbərlik edən Cemal Bülbüllə başa çatan müqaviləni yeniləməməsi və yolları ayırdığı barədə xəbərlər tirajlanmaqdadı. Bəs bu xəbər həqiqəti əks etdirimi? Klubun mətbuat xidmətinin əməkdaşı Xəyalə Şahlarlı “Football-plus.az”a məsələni belə şərh etdi:
“Akademiya ilə bağlı hələ ki heç bir qərar verilməyib. Olacağı halda mətbuata açıqlama veriləcək”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources