EN

Ukrayna PUA-ların istehsalına başlayıb

Ukrayna 1 min km-dən çox məsafə qət edə bilən pilotsuz təyyarələrin seriyalı istehsalına başlayıb.Elchi.az xəbər verir ki, bu barədə “Ukroboronprom”-un rəhbəri German Smetanin Ukrayna Müdafiə Nazirliyinin “ArmyInform” nəşrinə müsahibəsində bildirib.“Ukraynanın müdafiə sənayesi kompleksi (DIC) daha qeyri-xətti və innovativ hala gəldi. Xüsusilə, Ukrayna FPV dronlarının kütləvi istehsalını qurdu və BTR-4E-nin texniki sənədlərini təkmilləşdirdi”,- deyə Smetanin qeyd edib.Onun sözlərinə görə, Ukrayna istehsal edilən kamikadze pilotsuz təyyarələrin sayına görə Rusiyaya çata bilib.Bundan başqa, Ukrayna müdafiə nazirinin müavini İvan Qavrilyuk bildirib ki, Kiyev artilleriya mərmilərinin çatışmazlığı problemini pilotsuz təyyarələrin kütləvi istehsalı hesabına həll etmək niyyətindədir.YeganəMənbə: Vesti.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
elchi.az

1Sources