EN

İngiltərə yığmasının azarkeşlərinə tünd pivə içməyə icazəsi

İngiltərə yığmasının azarkeşləri “üç şir”in Slovakiya yığması ilə AÇ-2024-ün 1/8 final oyununda tünd pivə alıb içə biləcəklər.

Arena.az bu barədə “Sky Sports News” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, yerli polis və yarış təşkilatçıları İngiltərə – Slovakiya oyununu yüksək riskli qarşılaşma hesab etməyiblər. Bu səbəbdən də, İngiltərə yığmasının azarkeşlərinin xahişini nəzərə alaraq, bu oyunda yalnız aşağı alkoqollu pivənin satılacağı ilə bağlı ilkin qərarı dəyişməyə razılaşıblar. Beləliklə, ingilis azarkeşlər Slovakiya yığması ilə oyunda mütləq tündlükdə pivə vuracaqlar.

Xatırladaq ki, bundan əvvəl, AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunun Serbiya – İngiltərə oyununda (0:1) ingilis və serb azarkeşlər arasında toqquşma təhlükəsi artdığından, bu oyunda yalnız aşağı alkoqollu pivə satılması haqda müvafiq qərar qəbul edilmişdi. Bu qərar ingilis azarkeşlərin böyük əksəriyyətinin narazılığına səbəb olmuş, sosial şəbəkələrdə təkilatçıların ünvanıa “tanrı eşqinə, bu nə hoqqadır?” qəbilindən tənqid dolu narazılıq ismarışları səslənmişdi.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin İngiltərə – Slovakiya oyunu bu gün, iyunun 30-da Gelzenkirxenin “Feltins-Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
arena.az

1Sources