EN

Fransada seçki məntəqəsində dava düşdü

Fransada növbədənkənar parlament seçkisinin birinci turu zamanı Nitsa şəhərindəki seçki məntəqəsində müşahidəçi sədrlə dava edib.

Yenisabah.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Kristian Estrosi məlumat verib.

Şəhər meri Bomet məktəbinin seçki məntəqəsinin sədrinə müşahidəçinin hücumunu qətiyyətlə pislədiyini qeyd edib. Kristian Estrosinin sözlərinə görə, müşahidəçi əvvəlcə seçki məntəqəsinin açılmasına mane olmağa çalışıb, sonra isə sədri vurub.

Hücumçunun polis tərəfindən saxlanıldığı bildirilir.

Fransa Daxili İşlər Nazirliyi təxribatların ola biləcəyi barədə xəbərdarlıq edib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
1
yenisabah.az

2Sources