EN

Fransada seçki məntəqəsində dava düşdü

Fransada növbədənkənar parlament seçkisinin birinci turu zamanı Nitsa şəhərindəki seçki məntəqəsində müşahidəçi sədrlə dava edib və səsverməyə mane olmağa çalışıb.
 
Bu barədə şəhərin meri Kristian Estrosi məlumat verib.
 
"Mən Bomet məktəbinin seçki məntəqəsinin sədrinə müşahidəçinin hücumunu qətiyyətlə pisləyirəm. O, əvvəlcə seçki məntəqəsinin açılmasına mane olmağa çalışıb, sonra isə sədri vurub", - deyə mer bildirib.
 
Hücumçunun polis tərəfindən saxlanıldığı bildirilir.
 
Fransa Daxili İşlər Nazirliyi təxribatların ola biləcəyi barədə xəbərdarlıq edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
1
moderator.az

2Sources