“Səid Cəlili Ermənistan-İran münasibətlərinin dərinləşməsi baxımından daha uyğun namizəddir”.
Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni iranşünas Vardan Voskanyan öz Telegram kanalında yazıb.
“Prosesi Ermənistanın maraqları nöqteyi-nəzərindən nəzərə alsaq, qeyd etmək lazımdır ki, Ermənistan-İran münasibətlərinin əhəmiyyəti heç bir İran prezidenti tərəfindən nəzərdən qaçırıla bilməz.
Eyni zamanda Məsud Pezeşkiyanın yaxın tərəfdarları arasında pantürkist əhval-ruhiyyə daşıyan insanlar da var. Onlar təbii ki, sonuncunun prezident olacağı təqdirdə müxtəlif səviyyələrdə müxtəlif vəzifələr tutmağa çalışacaq, İran-Azərbaycan və İran-Türkiyə münasibətlərinin təbliğinə yardım edəcəklər.
Odur ki, Səid Cəlili Ermənistanla İranın yaxınlaşması və uzun illər boyu dostluq münasibətlərinin dərinləşməsi baxımından bizə daha uyğun namizəddir”, - erməni ekspert qeyd edib./musavat.com/