EN

Sautqeyt: “Slovakiya ilə oyun ən çətin sınağımız olacaq”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün 1/8 finalında Slovakiya yığması ilə oyun ərəfəsində gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Daha əvvəl baş vermiş hadisələrin əhəmiyyəti artıq yoxdur. İrəli getmək üçün arxalanacağımız bir məqam var, amma eyni zamanda bu, yarışın yeni bir sınağı, fərqli mərhələsidir. Buradakı hər oyun bir-birindən fərqlənir və bəzən gözlənilməz dönüş ala bilər.

Slovakiya yığması yüksək təpki edir və etibarlı müdafiə olunur, ona görə də bu təzyiq altından çıxmaq gərəkdir. Bu, ən çətin sınaq olacaq”,deyə Sautqet vurğulayıb.

İngilis mütəxəssis son vaxtlar komandasının göstərdiyi qeyri-qənaətbəxş oyun müqabilində, İngiltərə yığmasının baş məşqçisi vəzifəsindən istefaya göndəriləcəyi ilə bağlı sualı da cavablayıb:

“Xeyr. Mən burada işləməyi sevirəm. Burada ən azı, daha iki həftə qalmaq istəyirəm. Növbəti bir neçə günü səbirsizliklə gözləyirik”, – “Daily Mail” Sautqeytdən sitat gətirir.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin İngiltərə – Slovakiya oyunu bu gün, iyunun 30-da Gelzenkirxenin “Feltins-Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
arena.az

1Sources